
Kürdəmirdə vəzifəli şəxs koronavirusdan öldü SON DƏQİQƏ


Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Hazırda test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.
R.Rəsulovun cənazəsi polisin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxındır bu vəzifədə çalışırdı.
Etiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat ed...
Son Xeberler

XİN-də yüksək vəzifəli məmur koronavirusdan öldü
Son Xeberler

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan...
Son Xeberler

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler

Azərbaycanda daha bir vəzifəli şəxs COVID-19-dan v...
Son Xeberler