🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirusun uşaqlar üçün yeni fəsadları Aşkarlanıb

07.07.2020 09:44 446 baxış sayı 1 dəq. oxuma
Koronavirusun uşaqlar üçün yeni fəsadları

Koronavirusa yoluxmuş uşaqlarda mərkəzi və periferik əsəb sistemləri ilə bağlı nevroloji fəsadlar meydana çıxır.

Belə bir nəticəyə Londonun məşhur Qreyt Ormond-strit Uşaq Xəstəxanasının mütəxəssisləri gəlib.

Jurnalda dərc edilmiş tədqiqatda bildirilir ki, həkimlər xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətini təhlil ediblər və bir çox pasiyentlərdə iltihablı sindrom aşkarlayıblar.

Belə fəssadların aşkarlandığı iyirmi yeddi pasiyentdən dördündə ensefalopatiya, baş ağrıları, beyin problemləri, əzələ zəifliyi və reflekslərin azalması müşahidə olunub.

Bundan başqa, beynin maqnit-rezonans tomoqrafiyası zamanı korpus kallosumun qalınlaşmasında dəyişikliklər də aşkarlanıb. Qeyd edilir ki, virusun digər fəsadları da mövcuddur.

Paylaş: