🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirusun ikinci dalğası! Dünyada 80 milyon insan işsiz qala bilər

08.07.2020 08:23 383 baxış sayı 3 dəq. oxuma
Koronavirusun ikinci dalğası!

Qərargahı Parisdə yerləşən 37 üzvlü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), koronavirusun ikinci dalğasının işsizlik səviyyəsini 12 faizə qədər artıra biləcəyini bildirib.

Qurumun bu hesablamaları göstərir ki, 80 milyon insanın işsiz qala bilər. Son hesabatda bildirilir ki, koronavirus böhranı məşğulluq bazarını 2008-ci ildəki maliyyə böhranından 10 qat daha ağır zərbə vurub.

Quruma daxil olan 37 üzv dövlətin ümumi işsizlik nisbətinin aprel ayında 10 il ərzində ən yüksək həddə çatıb. May ayında bu rəqəm 8.4 faiz aşağı düşüb. 2020-ci ilin sonuna qədər bu nisbətin 10 faizə çatacağı gözlənilir. 2019-cu ildə işsizlik nisbəti 5,3 faiz idi. Bu nisbətin ikinci dalğa ilə 12 faizə çata biləcəyi təxmin edilir.

''Business Insider'' xəbər saytı OECD üzvü olan ölkələrin əhalisinin təxminən 666 milyon olduğunu, işsizlərin sayının 80 milyona çatacağını vurğulayıb. Hesabatda, eyni zamanda, məşğulluq bazarının 2021-ci ilə qədər bərpa olunacağı gözlənilmir. Məruzədə bildirilib ki, işsizlikdən ən çox mənfi təsirlənən gənclər və qadınlardır.

Böyük iqtisadi böhrandan bəri bu ən böyük işsizlik böhranıdır.Ekspertlər bildirir ki, yoxsulluğun artacağının gözlənildiyi bu vaxtlarda böhranın sosial böhrana çevrilməməsi üçün ölkələrin ən qısa müddətdə güclü sosial-iqtisadi paketlər hazırlayıb vəziyyətə nəzarət etməlidirlər.

Mənbə: Cnnturk.com

Paylaş: