04.01.2021 17:23
6 abunə
458
Koronavirusu yayanların məqsədi bilindi - BÜTÜN İNSANLAR İZLƏNƏCƏK
"Ötən il COVID-19 dünya mediasının əsas mövzusu oldu. İnsanları vahiməyə salan virusdan daha çox onun təqdimatı idi. Amma ABŞ-dakı seçkilərdə Co Baydenin qələbəsindən sonra dünya KİV-lərinin "məhsul” təqdimatı dəyişməyə, dünyanı "vaksin”ə kökləməyə başlayıb”.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı öz fikirlərini bölüşüb:
“Yanvarın 20-də C.Bayden fəaliyyətə başlayandan cəmi 100 gün ərzində COVID-19-l bağlı beynəlxalq KİV-lərdə ancaq pozitiv xəbərlər öz əksini tapacaq. Virus itməsə də, ona münasibət dəyişəcək. Kütləvi psixoz vəziyyətini kütləvi sevinc gözləntisi əvəz edəcək. Beləliklə də, vaksinasiya ilə bağlı pozitiv xəbərlər o qədər artacaq ki, virusa münasibət dəyişəcək”.
Ekspertin sözlərinə görə, gələn ilin mart-aprel aylarından sonra virusun bitdiyi elan ediləcək:
“Ehtimalıma görə, gələn ilin mart-aprel aylarında virusun bitdiyi elan ediləcək. Mart-aprel aylarına dünyada pandemiyanın 1 ili də tamam olacaq, bu 1 il ərzində milyardlarla insanın "online pasportu”, davranış qaydaları, dünya əhalisinin böyük əksəriyyətinə aid "big data”nın toplanması da bitəcək (dəqiq analiz üçün 1 illik davranış qaydaları vacib zaman kəsimidir) və bundan sonra həmin o "big data” 21-ci əsrin "neftinə” çevriləcək. Bir il insanların online həyatını, sifarişlərini, marşrutlarını, zövqlərini, xərcləmədə prioritetləri öyrənən insanlığın davranışını da dizayn edə biləcək".