Koronavirusu aşkarlayan maska - Qiyməti 36 dollardır

13.09.2020 08:47 642 baxış sayı 1 dəq. oxuma
Koronavirusu aşkarlayan maska -

​Sinqapur alimləri koronavirusa yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.

Maskada nəbz, bədəninin istiliyi, təzyiq, nəfəsalma vəziyyəti və digər əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb.

Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə pasiyentin səhhəti barədə məlumat ötürür.

Hazırda maskanın satış qiyməti 36 dollardır.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: