
Koronavirusdan sağalan Cavid Paşayev evə buraxılıb

Koronavirusdan sağalan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, həkim Cavid Paşayev evə buraxılıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.
Deputatın sözlərinə görə, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”
O, C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini xüsusilə qeyd edib: "Beləliklə, dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!".
Etiketlər
Oxşar xəbərlər

Cavid Paşayev koronavirusdan sağaldı -
Son Xeberler

İranda koronavirusdan ölənlərin sayı 23 mini keçib
Son Xeberler

Koronavirusa yoluxan şöbə müdiri ilə bağlı
Son Xeberler

Azərbaycanlı diplomat koronavirusdan vəfat etdi
Son Xeberler

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat ed...
Son Xeberler

Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb...
Son Xeberler