
Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb.
Yoluxmanın 55,1 %-i Bakının payına düşür.
Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb. Bu dəfə Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb.
Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.
Bakının rayonlarına ən yüksək göstərici Binəqədidə (12,8%) qeydə alınıb. Sonrakı yerdə 12,4%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,4%-lə Nəsimi, 8,8%-lə Nərimanov, 8,7%-lə Suraxanı, 8,2%-lə Nizami, 5,7%-lə Qaradağ, 4,7%-lə Səbail, 4,2%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.
Aktiv halların ərazi üzrə bölgüsünə gəlincə, bu göstərici Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə 3%, Cəlilabadda 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% təşkil edir.
Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb.
Oxşar xəbərlər

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Tibbi məlumatlar

Azərbaycan niyə Çin peyvəndini seçdi? -
Son Xeberler

Elazığda yenə zəlzələ oldu
Son Xeberler

Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yay...
SON Xəbər

Araikin adından post paylaşılsa da, yenə özü görün...
Son Xeberler

Ermənilər tərəfindən Füzulidə dağıdılmış qəbirista...
Son Xeberler