Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb -

23.11.2020 07:35 579 baxış sayı 1 dəq. oxuma
Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb -

kraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Dombas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.

Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər - 15 gün müddətinə yerləşdirildiyini bildirib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: