11.09.2020 22:21
6
abunə
453
Kəndə “od qoyan” naməlum şəxslər peyda olub - VİDEO

Şəmkirin Zəyim-Cırdaxan kəndində son vaxtlar qəribə hadisələr baş verir. 

Baku TV xəbər verir ki, kənd sakinlərinin evləri yandırılıb.

Yaşanan vəziyyət bir müddətdir ki, davam edir. Bu günə kimi 10-a yaxın ev yandırılıb. Bundan əlavə əhaliyə məxsus mal-qara tövləsi, ot tayalarına da od vurulub. 

Sakinlərin sözlərinə görə, hələlik hadisəni kimin və ya kimlərin törətməsi məlum deyil. Əsasən, təhlükə gecə saatlarında yaşanır. İnsanlar bir anda hansısa evin həyətindən kəskin tüstünün çıxmasının şahidi olurlar. 

Daha bir maraqlı fakt ondan ibarətdir ki, evlərin hasarlarına “X” işarələri yazılıb. Vəziyyət o həddə çatıb ki, kənddə insanlar gecələri keşik çəkməyə başlayıblar.  

Məsələ ilə bağlı polis də hərəkətə keçib. Hüquq-mühafizə orqanı əməkdaşları kənd yolları, eləcə də kənd ətrafı ərazilərdə nəzarəti gücləndiriblər. Məlumat üçün bildirək ki, Zəyəm-Cırdaxan kəndi Şəmkir rayonunun ən iri kəndlərindən biridir. Kəndin 10 minə yaxın sakini var.

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine