Kənddə qanlı olay: qonşularını güllələdi

29.07.2020 19:35 827 baxış sayı 2 dəq. oxuma
Kənddə qanlı olay:

Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları - 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən 2 güllə atıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır. Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: