Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı - VİDEO

25.07.2020 05:38 771 baxış sayı 2 dəq. oxuma
Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı -

Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib. 

Lakin o, əmrə tabe olmayaraq, hərəkətini davam etdirib. Polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən sürücü idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.

Üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: