Son Xeberler
Son Xeberler

24.10.2024 20:47

6 abunə

11

Kandildən Öcalan haqqında açıqlama gəldi!

Kandildən Öcalan haqqında açıqlama gəldi!

Son günlərdə MHP sədri Devlet Bahçeli partiyasının qrup toplantısında etdiyi çağrı siyasi gündəmə bomba kimi düşdü. Bahçeli terror təşkilatının lideri Öcalan üçün "Gəlsin TBMM-də DEM sıralarına qoşulub silah bıraxdığını elan etsin, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv olunduğunu qışqırsın" demişdi. Bu çağrıya dəstək verənlər olduğu kimi, kəskin reaksiya verənlər də oldu. Bu çağrıdan sonra bütün gözlər DEM partiyasına çevrildi, partiyadan isə belə bir açıqlama verildi: "İmralı hazırdır, cənab Öcalan hazırdır. Bəs dövlət hazırdır? Növbə bu çağrını edənlərdə və dəstəkləyənlərdə. Artıq bu sözü gerçəkləşdirmək vaxtıdır."


Bahçeli'nin açıqlamalarından sonra Kandildən edilən açıqlamada isə "Kürt xalqı bütün qurumları ilə lider Apo'nun inkişaf etdirəcəyi prosesi əsas götürəcək" ifadələri yer aldı. KCK İcra Şurasının adından verilən açıqlamada bunlar qeyd olundu:


"Kürt xalqı bütün qurumları və tərkib hissələri ilə Öcalan'ın inkişaf etdirəcəyi prosesi əsas götürəcək. Öcalan hərəkatımızın və xalqımızın iradəsinin, eləcə də Kürt məsələsinin demokratik həllinin tərəfdaşı və danışıq aparıcısıdır. Bu barədə heç bir fərqli yanaşma və mövqe yoxdur. Hərəkatımız bütün tərkib hissələri ilə Öcalan'ın inkişaf etdirəcəyi prosesə uyğun hərəkət edəcək."