Jirinovski Leninin nəşini yandırmağı təklif etdi

19.09.2020 06:24 477 baxış sayı 2 dəq. oxuma
Jirinovski Leninin nəşini yandırmağı təklif etdi

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.

O, bu təkliflə “Vesti FM”-in efirində çıxış edib.

Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.

Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb:

“Məqbərəni ora hissə-hissə daşıyardım. Və o bizə 1 milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: