25.07.2020 10:13
6
abunə
586
İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin altı ayı kifayət qədər pis sürprizlər ilə yaddaşlarda qaldı desək, yanılmarıq.Hətta çox insan tapılar ki, bu ili elə bugün 2021 ci il ilə əvəzləsin. Belə bir addımı ''Burger King'' atdı.

 ''Burger King'' restoranlar şəbəkəsi, ''əgər 2020 sizi razı etmirsə, iyulda 2021-ci ilə gedək'' adlı sloqan ilə maraqlı video rolik hazırlayıb.

''Burger King''-in yaradıcı kollektivi Sao-Paulo və Mayamidə əsl Milad bayramı ab-havası yaradaraq 2020 ci ilə ''sağ ol'' deyiblər. Video rolikdə insanların 2020-ci ildən yorulduqları bu ilin tez bitməsini arzuladıqları qeyd olunur.

Qeyd edək ki, restoranlar şəbəkəsinin bu reklam roliki iyul ayının 28-nə kimi davam edəcək. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine