
İtirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərən düşmən itki verərək qaçmağa məcbur edilib

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.
Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.
Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.
Oxşar xəbərlər

İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz v...
Son Xeberler

Düşmən hücuma cəhd göstərib: Əks-həmlə əməliyyatı...
Son Xeberler

Ağdam istiqamətində itki verən düşmən geri çəkildi
Son Xeberler

Düşmən Zəngilanda mövqelərimizə hücum etməyə cəhd...
Son Xeberler

Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib
Son Xeberler

Gənclər döyüşə getmək üçün müraciət edib —
Son Xeberler