
İsveçrədəki dəhşətli yanğın: 40 nəfər öldü, bar meneceri kassadakı pulla qaçdı
İsveçrənin məşhur Crans-Montana xizək mərkəzində yerləşən barda baş verən və 40 nəfərin ölümü ilə nəticələnən faciəvi yanğınla əlaqədar şok edici iddialar ortaya çıxıb. Məlumatlara görə, hadisə zamanı barın rəhbəri olan Jessica Moretti, içəridə insanlar kömək üçün fəryad edərkən, gecənin gəliri olan pul kassasını götürərək binadan qaçıb. Le Constellation adlı məkanda Yeni İl gecəsi başlayan yanğın qısa müddətdə böyüyərək dəhşətli bir faciəyə çevrilib. Hadisə şahidləri bildirirlər ki, onlarla müştəri alovlardan xilas olmaq üçün canfəşanlıq edirdi. İddia olunur ki, 40 yaşlı Moretti, insanları xəbərdar etmək və ya onların təxliyəsinə yardım göstərmək əvəzinə, əsas diqqətini pulu xilas etməyə yönəldib və bu səbəbdən kassayla birlikdə oranı tərk edib. Kamera görüntülərinin araşdırılması zamanı Moretti'nin pul yeşiyini götürərək çölə çıxdığı qeydə alınıb. Fransa və İtaliya mətbuatı bu hərəkəti sərt tənqid edərək menecerin yanğın anında prioritetinin mal-dövlət olduğunu vurğulayıb.
Jessica Moretti və barın ortaq sahibi olan əri Jacques Moretti, İsveçrə rəsmiləri tərəfindən rəsmi istintaqa cəlb ediliblər. Cütlük, səhlənkarlıq nəticəsində ölümə, xəsarətə səbəb olma və yanğına yol açma ittihamları ilə üzləşirlər. Prokurorluq, əlavə olaraq, "təhlükədə olan şəxslərə yardım etməmək" maddəsi üzrə də araşdırmanın aparılacağını bəyan edib. Yanğında həlak olan və yaralanan şəxslərin ailələri prokurorluğa rəsmi şikayət ərizələri təqdim ediblər. Ailələrin vəkili bu davanın, faciədə birbaşa və ya dolayısı ilə məsuliyyəti olan bütün şəxslərə qarşı açıldığını qeyd edib.
Skandal xarakterli iddialar bununla yekunlaşmayıb. Moretti cütlüyü, yanğından sonra sübutları gizlətməyə çalışmaqda da ittiham olunur. Belə ki, cütlüyün xilasetmə işləri davam edərkən barın sosial media hesablarını bağlayaraq məlumatları silməyə çalışdığı bildirilir. Polis, eyni zamanda, hadisə yerindəki yanğın təhlükəsizliyi ilə bağlı əvvəlki illərdə aparılan təmir işlərini və tədbirləri yoxlayır. Yanğınsöndürmə avadanlıqlarının, təcili çıxış qapılarının və ümumi təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə olub-olmadığı müəyyənləşdirilir. Barın keçmiş bir işçisi, təcili çıxış qapısının əksər hallarda kilidli saxlanıldığını iddia edərək, vəziyyətin nə qədər ciddi olduğunu göstərib.
Bu faciə, İsveçrənin son illərdə yaşadığı ən böyük trajediyalardan biri kimi yadda qalıb. Ümumilikdə 40 nəfər ölüb, 119 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təəssüflə bildirilir ki, həyatını itirənlərin yarıdan çoxu gənclər olub, qurbanlardan bəzilərinin isə cəmi 14 yaşı varmış. Ehtimala görə, yanğın tavana çox yaxın tutulmuş qığılcımlı şamlar səbəbindən başlayıb. Alovlar çox qısa, cəmi bir neçə dəqiqə ərzində bütün məkanı əhatə edib. Hadisədən sonra ölkə boyu matəm elan edilib və yüzlərlə insan həlak olanların xatirəsini yad etmək məqsədi ilə sakit yürüşlər keçirib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Honq Konqda dəhşətli yanğın: 128 nəfər öldü, 200 n...
Son Xeberler

İsveçrədəki dəhşətli yanğın: 40 nəfərin həlak oldu...
Son Xeberler
Türkiyədə ətir fabrikindəki yanğın nəticəsində 6 i...
Azəri Xəbər
Bosniya və Herseqovinada qocalar evi yanıb, ölənlə...
Azəri Xəbər
Lökbatanda avtomobilin yanması nəticəsində bir nəf...
Azəri Xəbər

Bu ölkədə matəm elan edildi
Bugun.az


