
İsveçrə sığınacaq axtaranlar üçün səyahət qadağaları tətbiq edir: Şengen zonasına da məhdudiyyət qoyulur
Avropada artan miqrasiya və sığınacaq müzakirələrinin fonunda, İsveçrə sığınacaq siyasətində kəskin dəyişiklik etməyə hazırlaşır. Avropa İttifaqı ölkələrinin də köç siyasətində yeni qaydalar hazırladığı bu dönəmdə, İsveçrə hökuməti sığınacaq axtaranların öz ölkələrinə və ya Şengen zonasına səyahət etmələrinə böyük qadağalar tətbiq etməyi planlaşdırır. Ölkə mətbuatında yer alan məlumatlara görə, sığınacaq almış və ya mühafizəyə ehtiyacı olan şəxslər, yalnız çox xüsusi hallarda səfər edə biləcəklər. Bu istisnalara yalnız yaxın qohumunun ölümü və ya ağır xəstəliyi daxil ediləcək.
İsveçrənin tətbiq etməyə hazırlaşdığı bu səyahət qadağası sadəcə sığınacaq axtaranların tərk etdikləri ölkələrə deyil, həm də bütün Şengen ərazisinə edilən səfərləri də əhatə edəcək. Lakin Ukraynadan gələn qaçqınlar üçün bu qaydada qismən bir güzəşt nəzərdə tutulub. Rusiyanın hücumu səbəbindən İsveçrəyə sığınanlar hər altı aydan bir, 15 gün müddətinə öz ölkələrinə gedib qala biləcəklər. Bu, digər sığınacaq axtaranlara nisbətən tətbiq edilən mühüm bir istisnadır.
Bu yeni tənzimləmənin əsas məqsədi aydındır: Sığınacaq üçün müraciət edən şəxslərin, öz ölkələrində təqib və ya pis rəftar gördüklərini iddia edərək tərk etdikləri ölkələrə geri dönməsinin qarşısını almaqdır. İsveçrə miqrasiya siyasəti çərçivəsində, bu cür səfərlər sığınacaq iddialarının etibarlılığını şübhə altına ala bilər. İsveçrə hökuməti müvafiq qurumların rəylərini aldıqdan sonra, bu yeni məhdudiyyətləri 2026-cı ilin əvvəlində tətbiq etməyi planlaşdırır.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bolqarıstan və Rumıniya Şengen zonasına tam üzv ol...
Son Xeberler

Bu ölkə çadra və niqabı qabağan etdi
Bugun.az

Hakan Fidan Şengen vizasına dair narahatlıqlara ay...
Son Xeberler

İnternetə qoyulan məhdudiyyət bitdi!
Son Xeberler

İsrailli nazirlərin Avropanın 29 ölkəsinə girişi q...
Bugun.az

SON DƏQİQƏ! Bakıdan rayonlara gediş-gəliş ilə bağl...
Son Xeberler


