03.02.2021 10:38
6
abunə
454
İstanbuldan Tiflisə uçuşlar bərpa edilir

Türkiyənin "Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tiflisə birbaşa uçuşları bərpa edir.

Bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur.
 
"İstanbul - Tiflis - İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.
 
Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tiflisdən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.
 
Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine