
İşsizlərə ŞAD XƏBƏR- Avqustun 4-dən etibarən...

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Bununla bağlı "İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.
Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.
Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiya müddətində müzakirəyə çıxarılacaq.
Etiketlər
Oxşar xəbərlər

İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadı...
Son Xeberler

"İşsizlərə 110 manat verilir" xəbəri ilə bağlı -
Son Xeberler

Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı -
Son Xeberler

İşsizlərə veriləcək pulla bağlı
Son Xeberler

Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəc...
Son Xeberler

Rusiyanın koronavirus peyvəndindən xoş xəbər
Son Xeberler