Son Xeberler
7 abunə
İraqdan Azərbaycana qaytarılan uşaqların sayı AÇIQLANDI
29.12.2020 11:14
443 baxış sayı
3 dəq. oxuma
Xarici İşlər Nazirliyi (XİN) 2020-ci ildə xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə gördüyü işləri açıqlayıb.
Göstərilən hesabatda bildirilib ki, il ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib.
2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.
Bununla yanaşı, COVID-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15 mindən çox Azərbaycan Respublikası vətəndaşının təxliyyəsi həyata keçirilib.
Cari ildə XİN tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib.
Oxşar xəbərlər
ABŞ ordusu Əfqanıstan və İraqdan geri çəkilir
Son Xeberler
590
17/11 07:36
Ana iki övladı ilə həyatına son qoydu:
Xəbər Anı
38
31/10 17:53
Bu il Azərbaycana gələn turistlərin sayı
Son Xeberler
344
19/11 15:42
Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler
545
26/12 11:43
İraqdan gətirilən xurmada kif göbələyi aşkarlandı
Son Xeberler
445
17/02 13:41
43 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan k...
Son Xeberler
439
12/06 06:55