18.02.2021 11:42
6
abunə
436
İranda dəhşətli ZƏLZƏLƏ: Çox sayda insan yaralanıb

İranın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Təcili Yardım Xidmətinin əməkdaşı Mojtaba Xaledi bildirib.

İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib. Zəlzələ daha çox Sisaxt şəhərində hiss edilib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib. Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine