
İran üzərindən uçuşlar dayandırıldı, təyyarələr Bakıya yönəldi

İranın hava məkanının bağlanması səbəbindən bir neçə beynəlxalq aviaşirkətin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət etdi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, Varşava-Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.
Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva-Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsi Bakı aeroportuna məcburi eniş üçün müraciət etdi. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün növ təyyarələri qəbul etmək imkanına malikdir və aviaşirkətlərin sorğularına operativ cavab verir. Aeroportun xidmətləri reyslərin təhlükəsiz icrası və sərnişinlərin rahatlığı üçün fəaliyyət göstərir.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Abbas Əraqçi bu gün Bakıya gələcək
Bugun.az
Adana Səmalarında Gecə Saatlarında F-16 Təlim Uçuş...
Son Xeberler
Brüssel hava limanında uçuşlar dayandırıldı
Azəri Xəbər
İran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox...
Azəri Xəbər

Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
Bugun.az

NATO qırıcıları Estoniyada növbəti təlim uçuşların...
Azəri Xəbər


