
"İndi yas yerinə getmək haramdır" - Hacı Şahin

Özünün və yaxınlarının həyatını riskə ataraq yas mərasimlərində iştirak etmək nəinki savab deyil, hətta haram sayıla bilər.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli yas yerlərind koronavirusun yayılması haqda danışarkən deyib. O, Musavat.com-a bildirib ki, bir insan başqasını yoluxdura biləcəyi və ya özü yoluxa biləcəyi bir yerə gedirsə, onun orada iştirakı dini baxımdan da haramdır:
“Quranda açıq-aşkar ayə var və orada da bildirilir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.
Din xadimi hesab edir ki, həm dünyasını dəyişən insanın ailəsi, həm də o məclisdə iştirak edən insanlar məsuliyyətli olmalıdır:
“Bu məsələləri insanlara təkcə inzibati yollarla yox, maarifləndirmə yolu ilə çatdırmaq lazımdır. Bu mənada din xadimləri fəal olmalıdırlar. Xüsusilə də dəfn mərasimində iştirak edən din xadimlərinə Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, bu məsələlərlə bağlı insanlara mövqelərini bildirsinlər, insanları həmin mərasimlərdə iştirak etməkdən çəkindirsinlər”. /Axar.az/
Oxşar xəbərlər

Paşinyan bunun üçün Bakıdan icazə istəyir -
Son Xeberler

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
Son Xeberler

Nazilə gənclərin boşanmasından danışdı:
Son Xeberler

DYP: Rayon və şəhərdən kənar tibb müəssisəsinə tib...
Son Xeberler

Laçına Yol Açıldı: Gündəlik Avtobus Reysi Başladı!
Bugun.az

Bakıdan rayonlara getmək istəyən üçün VACİB
Son Xeberler