İlham Əliyev Ərdoğanla telefonda danışdı
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərindən birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurğulayaraq əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Etiketlər
Oxşar xəbərlər
“İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” -
Son Xeberler
Əli Əsədovla Mişustin telefonda danışdı
Son Xeberler
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler
Əliyevlə Ərdoğan namaz qıldı -
Son Xeberler
Pompeo İlham Əliyevlə telefonla danışdı
Son Xeberler
Sahibə Qafarova Ərdoğanla görüşdü -
Son Xeberler