
İlham Əliyev bu şəxsi təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Yaşar Əliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub
1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib.
1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2011-ci ildən 2010-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini tutub.
2020-ci ilin mayında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub və həqiqi hərbi xidmətə qəbul olunub, eləcə də general-leytenant hərbi rütbəsi verilib.
1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, bir övladı var.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident bu şəxsi fəxri diplom ilə təltif etdi -
Son Xeberler

İlham Əliyev Mayorovla bağlı
Son Xeberler

Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təlti...
Son Xeberler

Prezident onları təltif etdi -
Son Xeberler

İlham Əliyevdən Fikrət Qoca ilə bağlı
Son Xeberler

Prezident Əziz Sancarın təltif olunma mərasimində...
Bugun.az