🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA

22.06.2020 07:54 685 baxış sayı 2 dəq. oxuma
İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? -

Xəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə 2 həftəlik sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?

Deputat Nəsib Məhəməliyev vətəndaşlarımızı təşvişə düşməməyə səsləyiblər: "Ancaq günü-gündən artan yeni yoluxma halları vəziyyətin xoşagələn olmadığına dəlalət edir. İki aylıq karantin rejimi yumşaldıldıqdan sonra insanlar heç nə olmamış kimi küçələrə axışdılar.

Əhalinin kütləvi toplaşdığı əyləncə və ticarət mərkəzlərində, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmədən, sosial məsafə gözlənilmədən davrandılar. Bu gün də bir çox insana hələ çatmır ki, qətiyyən belə olmaz. Düşünürəm ki, televiziya və yazılı mətbuat vasitəsilə daha ciddi təbliğatın aparılmasına zərurət var. Əgər iki həftə ərzində kəskin azalma baş verməyəcəksə, karantin rejiminin uzadılması ilə yanaşı, daha da sərtləşdirilməsi gözləniləndir".

Paylaş: