🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq - RƏSMİ

22.01.2021 14:19 473 baxış sayı 3 dəq. oxuma
İki həftədən sonra vətəndaşların vaksinasiyası başlayacaq -
"Qarşıdakı iki həftə ərzində tibbi işçilərimizin vaksin olunması prosesi başa çatacaq”.
 
Bunu "Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olacaqlar:
 
"Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək.
 
İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayının azalmasına nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir”.
 
(oxu.az)

 


 

Paylaş: