🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

II Elizabetlə həyat yoldaşı peyvənd olundu

09.01.2021 18:47 416 baxış sayı 1 dəq. oxuma
II Elizabetlə həyat yoldaşı peyvənd olundu

Böyük Britaniya Kraliçası II Elizabet və onun həyat yoldaşı, Edinburq hersoqu Filipp koronavirus infeksiyasına qarşı peyvənd olunublar.

Bu barədə Bukinqem sarayının bəyanatında deyilir.

“Kraliça və Edinburq hersoqu bu gün koronavirusa qarşı peyvənd olunublar”, - məlumatda deyilir.

Onların hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunmaları açıqlanmır.

Məlumdur ki, hazırda Böyük Britaniyada “Pfizer/BioNTech” və “AstraZeneca” vaksinlərindən istifadə olunur.  

Paylaş: