🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İcazəsi ləğv olunan şəxslər nə etməlidir? — İZAH

05.07.2020 17:21 648 baxış sayı 2 dəq. oxuma
İcazəsi ləğv olunan şəxslər nə etməlidir? —

"icazə.e-gov.az" portalı vasitəsi ilə 453 min 781 işçi sayına icazə alınıb. Bəzi şəxslər isə iyul 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib.

Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar icazə verilən sahələrə aid olmayan fiziki şəxslər, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələbləri pozan şəxslərdir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyinə müraciət üçün elektron müraciət formasından və ya "195-2" çağrı mərkəzindən istifadə edə bilərsiz. 

Paylaş: