26.10.2020 18:58
6
abunə
369
Hikmət Hacıyev rayonlara atılan düşmən mərmilərindən yazdı

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

Bu barədə Prezident köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi tvitter hesabında bildirib.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə o, qeyd edib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine