Hikmət Hacıyev Paşinyanın sabiq müşaviri ilə debata çıxdı - VİDEO-XƏBƏR
Prezidentin köməkçisi Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb.
Baku. TV xəbər verir ki, Hikmət Hacıyev danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addımı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib, amma Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb. H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən, qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb. Veriliş əsnasında prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Paşinyanın müşaviri koronavirusa yoluxdu
Son Xeberler
Prezidentin köməkçisindən Paşinyana cavab
Son Xeberler
Hikmət Hacıyev Ağdamda göz yaşlarını saxlaya bilmə...
Son Xeberler
Füzulidə minaya düşən sabiq məmur ailəsi imiş...
Son Xeberler
Ermənistan Bütün Hərbi Cinayətkarları Cəzalandırma...
Son Xeberler
Hikmət Hacıyev:
Son Xeberler