🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hibrit təhsil forması effektiv olacaqmı? - AÇIQLAMA

14.09.2020 10:57 450 baxış sayı 7 dəq. oxuma
Hibrit təhsil forması effektiv olacaqmı? -

Sabah Azərbaycanda bilik günüdür. Bütün valideynlər və şagirdlər yeni dərs ilinin başlanmasını səbrsizliklə gözləyirlər. Sabahdən etibarən pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən ölkənin orta ümumtəhsil məktəblərində hibrid formasında dərslərin tətbiqinə başlanılacaq.

Yeni qaydalara əsasən şagirdlərə həftədə iki dəfə dərs keçiriləcək. Bu müddət ərzində şagirdlər tək-tək partada oturacaqlar.12 yaşdan böyük uşaqlara isə maska taxmaq məcburi olacaq. Yeni tətbiq oluan bu üsula münasibət heç də birmənalı deyil.

Metbuat.az-a müsahibəsində jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, uşaqlara dərs müddətində maskada oturmaq çətin olacaq.


“Adi vaxtlarda maskada 15 dəqiqə gəzə bilməyən uşağın dərs müddətində maskada oturması sual altındadır. Özəl məktəblərdə şagirdlərə məktəb hesabına üz sipəri verilib. Yaxşı olardı ki, şagirdlərin nəfəs ala bilməsi və rahat dərsə fikrini toplaya bilməsi üçün üz sipərləri verilsin. Əgər üz sipərləri fantastik qiymətə satılmasa valideynlər də onu ala bilərlər.Yaxşı olardı ki, bu dövlət tərəfindən təmin olunsun. Hər halda bu adi maskadan daha effektiv olacaqdır.

 

Mənim oğlum 13 yaşındadır.12 yaşına qədər maska taxılması məcburi deyil. Amma artıq övladım 13 yaşında olduğu üçün maska taxması məcburidir. Əgər maskanın taxılması məcburi edilərsə mən mövcud vəziyyətə uyğun olaraq övladımı məktəbə göndərməyə də bilərəm.’’


Lalə Mehralı bildirdi ki, maska taxılması şagirdlərdə dərsə olan diqqəti yayındıra bilər.

“Düzdür onlayn dərsin verdiyi təhsil o qədər də effektiv deyil amma əyani təhsil prosessində virusa yoluxma baxımından maska taxılması zərurət olarsa düşünürəm ki, uşaqlarda maskada uzun müddət nəfəs ala bilməyəcəklər. Bu da onların dərslərə diqqətinin toplamasında problem yarada bilər.

Belə olan halda əyani təhsil formasının distant təhsildən heç bir fərqi olmayacaqdır.’’

Yaranmış bu vəziyyət barədə təhsil eksperti Elşən Qafarov Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, istər müəllimlər, istər valideyn və şagirdlər istərsə də təhsil idarə edənlərinə bu vəziyyət heç də xoş deyil.


“Bütün dünyada mövcud olan pandemiya şəraitində hibrit təhsil formasından istifadə bütün aparıcı ölkələrin təhsil sistemində tətbiq olunmuş nümunələrdən biridir. Azərbaycan da bu nümunədən istifadə edəcək.Təbii ki, şagirdlərin dərs müddətində maskadan istifadə edilməsində yarana çətinliklər həmçinin onların bu müddətdə dərslərə diqqətini toplayıb ya da əksinə yayınması kimi problemlərdən yaranan bütün bu suallar haqlı suallardır.”

Ekspert bildirdi ki, yaranmış bu vəziyyətdə müəllimlər çıxış yolu tapmalıdırlar.

“Düşünürəm ki, bu mümkün olacaqdır. Çünki altı aydan çoxdur ki, bütün valideyn və müəllimlər məktəblərin açılmasını dərslərini başlanmasını gözləyirlər.

Burada əsas məsələ şagird və müəllimlərin sağlamığının qorunmasıdır. Bu məqsəd ilə də bütün ümumtəhsil müəssisələrinə istər Nazirlər Kabinetinin pandemiya dövründə epidemioloji vəziyyət ilə bağlı 10 sentyabr 2020-ci il 332-ci saylı qərarı ilə təsdiq edilmiş qaydalar istərsə də Təhsil Nazirliyinin 4 sentyabr 2020-ci ildə verdiyi F-300 94 nömrəli əmrində təsdiq olunmuş tədris planına əlavədə orta məktəblərdə yoluxmanın olmaması üçün bütün qaydalar gözləniləcəkdir.

Hər şey müəllimin dərsdə şagirdlərin diqqətini özünə necə cəlb etməsindən, dərslərin keçirilməsi prosesindən asılıdır.

Düşünürəm ki, bunu bacaracayıq. Arzu edək ki, bu vəziyyət çox da uzun çəkməsin. Pandemiya bitdikdən sonra ənənəvi qaydada tam formada dərslər normal davam edəcəkdir.

Paylaş: