
Hərbi Prokurorluğun yeni şöbə rəisi Aydın Ələsgərov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Respublika Hərbi Prokurorluğunda kadr təyinatı olub. Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.
Yeni təyin olunan şöbə rəisinin qısa tərcümeyi-halını təqdim edir.
Ələsgərov Aydın Abdulla oğlu 07 dekabr 1965-ci ildə doğulmuşdur. O, Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı hərbi prokurorunun müavini, Sumqayıt hərbi prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifələrində qulluq keçmişdir.
Ədliyyə polkovnikidir. Ailəlidir, iki qız övladı vardır.
Oxşar xəbərlər

Bakının yeni Hərbi prokuroru kimdir? -
Son Xeberler

Baş Prokurorluğa yeni sözçü təyin olunub
Son Xeberler

Vilayət Eyvazovdan yeni
Son Xeberler

Hərbi Prokurorluqa yeni şöbə rəisi
Son Xeberler

Müdafiə nazirinin yeni müavini kimdir? -
Son Xeberler

Polkovnik Seymur Qurbanov Həbs Edildi
Son Xeberler