11.08.2020 21:24
6
abunə
468
Hərbi hissədə növbəti ideoloji tədbir keçirilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrdən irəli gələn tapşırıqların icrası ilə bağlı hərbi hissədə növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.

Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.

Azərbaycanın Əməkdar artisti Ağalar Bayramovun da iştirak etdiyi tədbirdə Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirilib, Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi konsert proqramları ilə çıxış edib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine