
Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxşar xəbərlər

Hava yenidən pisləşəcək, güclü külək əsəcək, qar y...
Son Xeberler

Hava kəskin pisləşəcək- XƏBƏRDARLIQ
Bugun.az

Sabah hava necə olacaq?
Xəbər Anı

Bakıda hava kəskin soyuyacaq
Son Xeberler

Yanvarın 4-ü ilə bağlı sürücülərə xəbərdarlıq
Bugun.az

Bu yollarda sürət həddi endirildi
Son Xeberler