
Harri və Meqanın kral ailəsindən ayrılığı rəsmiləşdi

Şahzadə Harri və xanımı Meqan Markl, İngiltərə kral ailəsindən ayrılığı dünən rəsmiləşib. Cütlüyün bir il əvvəl verdiyi ayrılma qərarı artıq rəsmi olaraq qəbul edilib.
Bukingem Sarayından edilən açıqlamada, "Qərarları hər birimizi üzsə də, hersoq və hersoqinya ailənin sevilən üzvləri olaraq qalmağa davam edəcəklər",-deyə qeyd edilib. Qərarın birlikdə müzakirələrdən sonra, ancaq son sözü Kraliçanın deməsi ilə verildiyi qeyd olunub. Cütlük artıq krallıq ailəsinə aid imtiyazlardan istifadə edə bilməyəcək.
Xatırladaq ki, Harri və Meqan krallıq ailəsindən ayrılma qərarını keçən ilin yanvarında açıqlamışdı. Kraliça Elizabetlə müzakirələrdən sonra qərarın bir il sonra yenidən nəzərdən keçiriləcəyi planlaşdırılmışdı. Bir ilin sonunda cütlük Kraliçaya krallıq vəzifələrinə qayıtmayacaqlarını bildirib. Beləliklə, ayrılma rəsmiyyət qazanıb.
Oxşar xəbərlər

Meghan Markle biləyinə 4 dollarlıq anti-stress dis...
Ən Son Xəbərlər

Kral Çarlzın Qətər Əmirinə olan hörməti
Son Xeberler

DƏHŞƏTLİ QƏZA:
Son Xeberler

"Taxt Oyunları: Kral Yolu - İlk Treyler Yayımlandı...
Texnologiya xəbərləri

İki təyyarə toqquşdu:
Son Xeberler

Musiala üçün "Bavariya"dan fantastik təklif
Bugun.az