28.12.2020 10:52
6
abunə
421
Hadrut və Zəngilanda nə baş verir? - Ermənistan MN AÇIQLAMA YAYDI

Dünən gücə saatlarında Erməni diversiya qruplarının Hadrut və Zəngilan istiqamətində təxribat törətdiyi bildirilib.

Təxribat nəticəsində Azərbaycan tərəfindən 2 nəfərin şəhid olduğu, 5 hərbçinin yaralandığı və 1 nəfərin əsir düşdüyü qeyd olunub. Qarşı tərəfdən isə 6 nəfər öldürülüb, 6 nəfər əsir götürülüb.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb:

"Azərbaycan mətbuatının xəbərinə görə, Hadrut yaxınlığında erməni və azərbaycan əsgərləri arasında atışmalar baş verib.

Sözü gedən Zəngilanın Tuğ kəndinin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətində olduğunu bir daha xatırlatmaq istəyirik. "Artsax" müdafiə ordusu atəşkəs rejiminə tam əməl edir və hadisənin də o ordu ilə hər hansısa bir əlaqəsi olduğu müəyyən edilməyib.

Bununla belə, erməni tərəfi olaraq Azərbaycanın “dezinformasiyasına” rəğmən baş verən təxribatla bağlı daha çox məlumat almağa çalışırıq", - nazirliyin bəyanatında bildirilib.(ProPress.az )

Daxil olun


x
This website is using cookies. More info. That's Fine