🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Gürcüstanın Baş Naziri koronavirusa yoluxdu

02.11.2020 18:54 514 baxış sayı 2 dəq. oxuma
Gürcüstanın Baş Naziri koronavirusa yoluxdu

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya koronavirusa yoluxub.

 Baş Nazirin COVİD testi müsbət nəticə göstərib. “O, özünü yaxşı hiss edir və evdə müalicəsini davam etdirir”, - deyə hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Qaxariya mühafizəçisi koronavirusa yoluxduğundan oktyabrın 31-də özünütəcrid rejiminə keçib. Daha sonra Baş Nazirin şəxsi mühafizəsinin daha 2 əməkdaşının koronavirus testi pozitiv çıxmışdı.

Həmçinin, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava, hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili də özlərini təcrid ediblər.

Paylaş: