Son Xeberler
Son Xeberler

30.09.2024 04:25

5 abunə

11

Göz Rəngini Dəyişdirmək: Qiymət və Əməliyyat Haqqında

Göz Rəngini Dəyişdirmək: Qiymət və Əməliyyat Haqqında

Aparıcı Nanə Ağamalıyeva göz rəngini dəyişib. Qara gözlərini əməliyyatla firuzəyi rəngə boyadıb. Elə bu yaxınlarda, aparıcı Mətanət Əliverdiyeva da göz rəngini maviyə çevirmək üçün eyni əməliyyatı etdirib.


Bu tanınmış simaların əməliyyat etdirməsi, öz göz rənglərini dəyişdirmək istəyənləri daha da cəsarətləndirir. Göz qəlbin aynasıdır, amma bu aynaya baxıb göz rəngini bəyənməyənlərin son dayanacağı əməliyyat masasıdır.


Medicina.az saytının məlumatına görə, bu əməliyyat ölkəmizdə cəmi 40-60 dəqiqə ərzində icra olunur və hər iki göz üçün 9000 manata başa gəlir.


Seçilən rənglərə görə, qiymət 1000-2000 manat artaraq, 10.000-11.000 manata qədər çıxa bilər.