
Göyçayda ev əşyaları ilə birlikdə yanaraq kül oldu - FOTO

Göyçay şəhərində güclü yanğın hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndində yerləşən Zakir Nəcəfov küçəsində olan birmərtəbədən ibarət fərdi yaşayış evində qeydə alınıb. Kənd sakini Muştaqov Abbas Bəybala oğluna məxsus olan evdə baş verən yanğının söndürülməsi və qarşısının alınması üçün hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin əşyalarının bir qismi tamamilə yanaraq kül olub.
Hadisənin hələ ki, hansı səbəbdən baş veriyi müəyyən olmayıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

Taxta yaşayış evi yanaraq külə dönüb -
Son Xeberler

Keçmiş millət vəkilinin oğlu diri-diri yandı -
Son Xeberler

Göyçayda evi yanan şəxs ürək tutmasından vəfat etd...
Son Xeberler

Məşhur milyarderin oğlu yol qəzasında yanaraq öldü
Son Xeberler

19 yaşlı qızın yanmış cəsədi supermarketdə tapıldı
Xəbər Anı

Bakıda mənzildən 220 min manatlıq oğurluq olub
Son Xeberler