
Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı

Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib. RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan, “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.
Etiketlər
Oxşar xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Son Xeberler

Şamaxıda qanunsuz ov edənlər saxlanıldı -
Son Xeberler

Qanunsuz sərnişin daşıyan sürücü saxlanıldı
Son Xeberler

Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıld...
Son Xeberler

Tərtərdə oğurluq edən şəxslər saxlanıldı
Son Xeberler

Goranboyda qayınata gəlinə qumbara atdı
Bugun.az