
Son Xeberler
9 abunə
Goranboy polisindən əməliyyat: Həbs olunanlar var
17.12.2020 08:14
518 baxış sayı
2 dəq. oxuma

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən "Yurd Yeri” adlı kafe aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.
Həmin şəxslərdən altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər altı nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.
Oxşar xəbərlər

Goranboyda polislərə müqavimət göstərən şəxs tutul...
Son Xeberler
579
23/11 12:53

Polisə zor tətbiq edən şəxs həbs olundu
Son Xeberler
534
05/09 11:43

Azərbaycanda icra başçısının müavini koronavirusa...
Son Xeberler
678
24/06 10:54

Düşmənin atdığı idarə olunan raket aşkarlandı
Son Xeberler
471
01/11 19:46

Qadağan olunmuş sursatlar və “TOÇKA-U” aşkarlandı
Son Xeberler
471
10/10 17:04

Düşmən Goranboy-Naftalan istiqamətindəki əraziləri...
Son Xeberler
434
24/10 06:58