🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gəncəyə raket hücumu ilə bağlı cinayət işi açılıb

11.10.2020 12:43 365 baxış sayı 3 dəq. oxuma
Gəncəyə raket hücumu ilə bağlı cinayət işi açılıb

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də gecə saat 2 radələrində xalqımıza qarşı növbəti qanlı terror aktı törədilib, Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan qədim Gəncə şəhəri düşmən tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə ilkin məlumata görə 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır.

Bunu Baş prokuror Kamran Əliyev Gəncədə keçirilən mətbuat konfransında deyib.

“Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisə yerində fəal istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq və bəşəriyyət əleyhinə törətdiyi bu dəhşətli cinayət tədbirinə görə onların məsuliyyətə cəlb olunmaları üçün tərəfimizdən bütün zəruri beynəlxalq və daxili hüquqi vasitələrdən istifadə ediləcək”, - deyə Baş prokuror bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Paylaş: