Gəncədəki terror hadisəsi dünya mediasında
Ermənilərin Gəncədə törətdiyi terror hadisəsi dünya mediasında da işıqlandırılmağa başlayıb.
Guardian nəşri Ermənistanın mülki əhalini hədəf alaraq Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumundan yazıb.
Qeyd olunub ki, hadisə yerində bir sıra ev tamamilə dağıldılıb və xilasedicilər dağıntıların altından cansız bədənləri çıxarıb. Zərbə nəticəsində ətraf küçələrdəki binaların divarları və damları uçub. Şahidlərdən biri, zərbədən dərhal sonra xilasedicilərin kiçik bir uşağı, iki qadını və dörd kişini dağıntıların arasından çıxardığını gördüyünü bildirib.
“Biz yatırdıq. Uşaqlar televizora baxırdılar. ”,-deyə 65 yaşlı Rübabə Cəfərova, dağılan evinin qarşısında hadisəni danışıb. “Ətrafdakı bütün evlər dağıdılıb. Bir çox insan dağıntılar altındadır. Onlardan bəziləri ölüb, bəziləri isə ağır yaralanıb”.
"Yoldaşım orada idi, mənim yoldaşım orada idi" deyə bir kişi təcili yardım tərəfindən aparılarkən bildirib.
Raket hücumu nəticəsində ümumilikdə 13 nəfərin həlak olduğu, 52 nəfərin yaralandığı qeyd olunub.
Oxşar xəbərlər
Türkiyədə terror aktının qarşısı alındı
Son Xeberler
PKK terrorçuları fəhlələri atəşə tutdu -
Son Xeberler
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Son Xeberler
Türkiyə ordusu 6 terrorçunu məhv etdi
Son Xeberler
Rusiyadan Türkiyə ordusuna qarşı SENSASİYON ADDIM...
Son Xeberler
Türkiyədəki Terror Hücumunda Ölənlerin Sayı 5-ə Ça...
Bugun.az