“Gəncədə qətlə yetirilən günahsız insanların qisası qalmayacaq” – Əli Əhmədov
“Ermənistan ərazisindən atılan raketlə Gəncədə yaşayış binasının atəşə tutulması, çox sayda dinc sakinlərin qətlə yetirilməsi vandalizmin, vəhşiliyin son həddidir”.
Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov rəsmi facebook səhifəsindəki paylaşımında bildirib.
Əli Əhmədov qeyd edib ki, humanitar məqsədlə cəbhədə atəşkəsin tətbiq edilməsi barədə razılaşmanın qüvvəyə minməsindən sonra erməni rəhbərliyinin belə vəhşiliyi, növbəti dəfə dinc insanların, uşaq və qadınların qatili olması hər cür nifrətə və lənətə layiqdir: “Qoy dünya gözlərini açıb Azərbaycanın necə xəyanətkar, xain, insani hisslərdən uzaq düşmənlə üz-üzə dayandığını görsün. Başa düşsün ki, bu cür xislətə malik olanları cəzasız qoymaq, törətdiyi cinayətlərinə görə layiqli cəzasını verməmək insanlığa qarşı xəyanətdir. Verdiyi vədlərə xəyanət etmək, uşaq qətlləri törətmək erməni tərəfin həyat tərzi, mənəviyyatının ayrılmaz hissəsidir. Gəncədə törədilən erməni vəhşiliyi bunun bariz nümunəsidir. Vasitəçilər işğalçı Ermənistanın vandalizminə lazımi qiymət verməlidir”.
Baş nazirin müavini vurğulayıb ki, Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq.
Oxşar xəbərlər
“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!” -
Son Xeberler
Suriyada qətlə yetirilən rusiyalı generalın ölüm a...
Son Xeberler
Nərminin qətli ilə bağlı SENSASİON AÇIQLAMA
Son Xeberler
Bakıda polkovnik qətlə yetirildi
Son Xeberler
Paşinyan Bakıda günahsız öldürülən insanlar qarşıs...
Son Xeberler
Azərbaycanlı “qanuni oğru”ya 19 il həbs verildi
Son Xeberler