Son Xeberler
Son Xeberler

13.10.2020 22:47

6 abunə

357

Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar? - Hikmət Hacıyev açıqladı

Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar? -

Məlum olduğu kimi, oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri  cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə dağıntılar baş verib, 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

Faciədən sonra ən çox verilən suallardan biri də evi dağılan vətəndaşların harada qalması ilə bağlı olub. 

Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədə suala aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər kirayə evlə təmin edilib. Kirayə haqqını hökumət ödəyir. Vətəndaşlar üçün isə yeni bina tikiləcək.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine