Son Xeberler
Son Xeberler

15.02.2021 12:41

6 abunə

321

Gecə çay evinə gedən 13 nəfər polisə aparıldı

Gecə çay evinə gedən 13 nəfər polisə aparıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Burada onlarla ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine