
Fransada Daha Bir Muzey Soyuldu: Denis Didro Evindən 90 Min Avroluq Qədim Sikkələr Çalındı

Fransanın şimal-şərqində yerləşən Lanqr şəhərindəki Denis Didro Maarifləndirmə Evi Muzeyi böyük oğurluq hadisəsi ilə gündəmə gəlib. Bu hadisə ölkənin məşhur Luvr Muzeyində baş verən 88 milyon avroluq zinyət əşyaları oğurluğundan cəmi bir neçə gün sonra qeydə alınıb. Muzeydən 18-ci və 19-cu əsrlərə aid təxminən 2 min ədəd qədim metal sikkə oğurlanıb. Çalınan 1633 gümüş və 319 qızıl sikkənin ümumi dəyərinin 90 min avro civarında olduğu təxmin edilir.
Fransa mətbuatının məlumatına görə, muzey işçiləri bazar ertəsi səhər binaya gələrkən ön qapının sındırıldığını və sərgi vitrinlərindən birinin dağıdıldığını aşkar ediblər. Oğurlanan kolleksiya xüsusi əhəmiyyət daşıyır. Bu sikkələr 2011-ci ildə bina təmir edilərkən inşaat işçiləri tərəfindən tapılan və "xəzinə kolleksiyası" adlandırılan hissəyə aiddir. Kolleksiyanın tarixi dəyəri maddi qiymətindən daha yüksəkdir. Hadisənin miqyası və hədəfin xüsusi olması Lanqr Bələdiyyəsini dərhal hərəkətə keçməyə məcbur edib.
Bələdiyyə baş verən oğurluğu rəsmi olaraq "planlı və məqsədyönlü" bir hücum kimi qiymətləndirib. Oğurluqdan sonra muzey müvəqqəti olaraq ictimaiyyət üçün bağlanılıb. Təhlükəsizlik sistemlərinin yenilənməsi məqsədilə fəaliyyətə fasilə verilib. Təmir və yenilənmə müddətində ərazinin gecə nəzarəti üçün xüsusi mühafizə şirkəti cəlb edilib. Hakimiyyət orqanları bu cinayəti törədənləri tapmaq üçün ətraflı istintaq işlərini davam etdirir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Fransada daha bir muzey qarət edilib
Azəri Xəbər

Sənət əsəri tullantı qutusuna atılıb
Bugun.az

Makrondan qalmaqallı açıqlama: “İslam böhran içind...
Son Xeberler

Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər
Son Xeberler

Səyyahlar dağda xəzinə tapdılar
Bugun.az

Fransada koronavirusa yoluxanların sayı 3,75 milyo...
Son Xeberler


