Fransa polisi Ermənistan bayrağının açılmasına imkan vermədi - VİDEO
Fransanın paytaxtı Paris şəhərində Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq icazəli aksiya keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, Ermənistanın Fransadakı səfirliyinin binası önündə baş tutan etiraz aksıyasına bu ölkənin müxtəlif şəhərlərində yaşayan 300-ə qədər diaspor fəalımız toplaşıb.
Aksiya zamanı soydaşlarımız Azərbaycanın Dövlət Himnini səsləndirib, vətənpərvərlik mahnıları oxuyublar.
Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, Azərbaycan, fransız və ingilis dillərində "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Aksiya iştirakçıları dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.
Oxşar xəbərlər
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə...
Son Xeberler
Ordumuz Hadrutda ermənilərə icazə vermədi
Son Xeberler
Fransa-İsrail Oyununda Gərginlik: İsrail Marşı Səs...
Son Xeberler
Düşmənin ələ keçirilən döyüş bayrağının görüntülər...
Son Xeberler
"Barselona", "İnter" və "Mançester Siti" aman verm...
Son Xeberler
Fransa senatı qondarma "Dağlıq Qarabağ Respublikas...
Son Xeberler