
FHN Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlıda fəaliyyətə başladı

Azərbaycan Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.
Nazirlikdən daxil olan məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri...
Son Xeberler

Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yarad...
Son Xeberler

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı
Son Xeberler

Daha 17 kənd işğaldan azad olundu -
Son Xeberler

Prezidentin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl sə...
Son Xeberler

FHN Kəlbəcərdə -
Son Xeberler